Özdağa keçmiş ittifaq ortağından TƏŞƏKKÜR

Türkiyədə dağılmış “ATA İttifaqı”na daxil olmuş Ədalət Partiyasının sədri Vecdet Öz ittifaqda ortağı olmuş Zəfər Partiyasının sədri Ümit Özdağa təşəkkür edib.

 

Modern.az xəbər verir ki, siyasətçi bu barədə tviter səhifəsində yazıb.

 

Təşəkkür Özdağın “Millət İttifaqı”nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləmək qərarı ilə bağlı olub.

 

 

“Cənab Ümit Özdağı ikinci turla bağlı verdiyi qərar və bu məsələdə bizləri yalnız buraxmadığı üçün təbrik edirəm”, – deyə V.Öz qeyd edib.

 

“ATA İttifaqı” dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və “Millət İttifaqı”nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.

 

İttifaqın namizədi olmuş Sinan Oğan isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini elan edib. Bu gün ittifaqın əsas qüvvəsi hesab olunan Zəfər Partiyasının sədri Ümit Özdağ isə Kemal Kılıçdaroğlunu dəstəklədiklərini açıqlayıb.

 

Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər.

Bu xəbər ilə bağlı

Türkiyədə seçkilərə təsir edən faktorlar – Seçici psixologiyası


Xəbəri oxu



Mənbə

Share: