Özgür Özəl təzminat ödəyəcək

CHP sədri Özgür Özəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 75 min lirə təzminat ödəyəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Prezident Ərdoğanın vəkili Hüseyn Aydın sosial mediada paylaşım edib.

“26.04.2022-ci il tarixində CHP sədri Özgür Özəl Ankara Çağlayan Ədliyyəsi qarşısında çıxışı zamanı prezidentimizi məhkəmə müstəqilliyini məhv etmək və digər haqsız səbəblərlə ittiham edib. Ankara Regional Ədliyyə Məhkəməsi Özələ 75 min lirə mənəvi təzminat hökmü çıxarıb”,- deyə vəkil bildirib.

Share: