“Özümə qəşəng bir maşın alıb, hər dəfə ərimi xatırlayacağam…”

“Bunlar artist deyil, bu, quraşdırılmış səhnə də deyil. Putinizm bir rus “həyat yoldaşı və ananı” heyrətamiz fekaliyə çevirib…”

 

Rusiyalı qadın ərinin müharibədə öldürülməsi üçün sinov gedir, ərinin bundan xəbəri var…

 

Sosial şəbəkədə birbaşa efir zamanı rusiyalı qadın bəyan edib ki, əri cəbhədən qara torbada qaytarılsa, buna səmimi-qəlbdən sevinəcək. Çünki bu zaman ona 4 milyon rubl kompensasiya ödəniləcək, o da özünə avtomobil ala biləcək. 

 

Moderator.az xəbər verir ki, bu videonu öz “Telegram-kanal”ında rusiyalı müxalifətçi Aleksandr Nevzorov dərc edib.

 

Nədən Putinin “xüsusi hərbi əməliyyatı”na belə canfəşanlıqla dəstək verən ərinin hələ də Ukraynada döyüşməyə getməməsi barədə suala cavabında qadın deyib ki, çağırış vərəqəsi gələn kimi o, dərhal cəbhəyə yollanacaq.

 

“Onu hələ çağırmayıblar. Gözləyin, bizdə hələ ikinci səfərbərlik olacaq”, – rusiyalı qadın deyib.

 

Onun yanında olan əri Rusiya qoşunlarının sıralarına daxil olmağa hazır olduğunu təsdiq edib.

 

Həmsöhbət qadının ərini ön cəbhəyə göndərmək üçün canfəşanlıq etdiyini qeyd edib: “Sən 4 milyon qazanmaq istəyirsən, eləmi? O, qara torbada gələndə…”

 

Həmsöhbət qadının ərindən həyat yoldaşının onun ölümünə görə kompensasiya almaq istədiyini anlamasını soruşub. Onun cavabına imkan verməyən qadın bəyan edib ki, öz istəyini gizlətmir.

 

“Mən özümə bunun əvəzinə qəşəng bir maşın alacağam. Bu maşında gəzərək, onu daim xatırlayacağam”, – rusiyalı qadın böyük coşqu ilə bəyan edib.

 

“Bax, belə. Bunlar artist deyil. Bu, quraşdırılmış səhnə də deyil. Putinizm bir rus “həyat yoldaşı və ananı” heyrətamiz fekaliyə çevirib”, – Nevzorov rusiyalı “vətənpərvər” qadının açıqlamasını belə şərh edib.

Mənbə

Share: