“Taxt oyunları” serialı ilə məşhurlaşan Emilia Klark bundan sonra fanatları ilə selfi çəkdirməyəcək.
Axşam.az xəbər verir ki, buna səbəb isə onun yaşadığı hadisədir.
“Bir gün hava limanında olarkən yorğunluqdan qaynaqlanan panik atak keçirdim. Ağlayırdım və bir adam “Selfi çəkdirə bilərik” deyə, yanıma gəldi. “Nəfəs ala bilmirəm, kədərliyəm” dedim. Belə bir andan sonra onunla şəkil çəkdirə bilməzdim” deyə, Klark “The Sun”a müsahibəsində deyib.
O söyləyib ki, şəkil çəkdirmək əvəzinə fanatlarına avtoqraf verir.