Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edib. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir.
Milletinsesi.az xəbər verir ki, bu sözləri bu gün Prezidentin sərəncamı ilə PA rəhbəri vəzifəsinə təyin edilən Samir Nuriyev qeyd edib.
S.Nuriyev ona göstərilən bu yüksək etimada görə Prezidentə öz dərin minnətdarlığını bildirib:
“Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.