Pakistan Hindistanın İslamabaddakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Milletinsesi.az. xəbər verir ki, bu məlumat Pakistan XİN-in rəsmi saytında yer alıb.
Məlumata görə, XİN-də səfirə Hindistanın Kəşmirə münasibətdəki fəaliyyəti ucbatından İslamabadın qəti etirazı çatdırılıb.
Qeyd edək ki, bundan öncə Hindistan prezidenti Kəşmirin ştatının xüsusi statusunun ləğvi haqqında əmr imzalayıb.