Pakistan Hindistanı atom bombaları ilə hədələdi

“Son azadlıq mübarizəsi zamanı gəldi. Hindistanla baş verəcək bu döyüş son döyüşümüz olacaq. İstədiyimiz nöqtələri vuran atom bombalarımız var”.

Milletinsesi.az  xəbər verir ki, bu sözləri Hindistanla artan gərginliyə dair bəyanatlar verən Pakistan dəmir yolları naziri Şeyx Raşid Əhməd deyib.

Pakistanı, sadəcə istədiyi nöqtəni yox etməsini təmin edəcək 125-250 qramlıq nüvə bombalara malik olduğunu bildirən Əhməd, savaşın yaxın olduğunu bildirib.

Hindistanın Kəşmir problemini Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarına əsasən həll edilməsi istiqamətində addım atması halında dialoqun mümkün olduğunu qeyd edən Əhməd, Pakistanla müharibə seçimi etməsi halında Hindistanın 22 parçaya ayrılacağını deyib.

Qeyd edək ki, nüvə silahına malik iki ölkə 1947-ci ildə İngiltərə müstəmləkəsindən azadlıq əldə etdikdən bəri davam edir.

Ötən çərşənbə günü Pakistan, yüzlərlə əsgərini və desant qüvvələrini mübahisəli bölgəni ayıran və sərhəd olaraq fəaliyyət göstərən 450 mil uzunluğundakı nəzarət xəttinə yaxın nöqtəyə yerləşdirib.

Bu ilin fevral ayında isə Hindistan Pakistanın Ceyş-i Məhəmməd hədəflərini vurduğunu bəyan etdi. Ardınca Pakistan ölkənin hava sərhədlərini pozan Hindistanın 2 döyüş təyyarəsi vurdu. Qalmaqalın davam bir vaxtda Hindistan hökuməti pakistanlıların yaşadığı Kəşmirin xüsusi statusunu ləğv etdi. Bununla da iki ölkə arasındakı qarşıdurma daha da böyüdü.

Avropa.info

Share: