Pakistanda Qurana hörmətsizlik etdiyi iddia edilən şəxsin onlara təhvil verilməməsindən qəzəblənən bir qrup polis idarəsini yandırıb.
Millətin Səsi.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Pakistanın Hayber Paxtunxva əyalətində baş verib.
Insident zamanı ölən və yaralanan olmasa da, bölgədə gərginlik davam edir. Səlahiyyətlilər dinə hörmətsizlik etdiyi bildirilən şəxsin başqa yerə köçürüldüyünü açıqlayıb.
Qeyd edək ki,polis saxlanılan şəxsin əqli qüsurlu olduğunu bildirib.