
Pakistanın Pəncab və Bəlucistan əyalətlərində və Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında güclü musson yağışlarının yaratdığı daşqınlar insan tələfatı ilə nəticələnib.
Milletinsesi.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölənlərin sayı Pakistanda 11, Hindistanda isə 85-ə yüksəlib.
Məlumata görə, sel suları altında qalan insanların axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları xüsusilə də Hindistanda hər il genişmiqyaslı təbii fəlakətlərə səbəb olur.