Pakistan təhlükəsizlik qüvvələri dekabrın 18-də ölkənin terrorla mübarizə mərkəzinin binasını ələ keçirən terrorçulara qarşı əməliyyat keçirib.
Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bina “Təhrik-e-Taliban Pakistan” terrorçuları tərəfindən ələ keçirilib.
Əməliyyat zamanı 33 terrorunun hamısını məhv edib.Girovlar azad edilib, onların xilas edilməsi əməliyyatı zamanı Pakistan xüsusi təyinatlılarının iki zabiti həlak olub.
Agnetliyin məlumatına görə, girov götürülən şəxslərin 6-si təhlükəsizlik əməkdaşı və qalanı sıravi vətəndaşdır.
Xatırladaq ki, dekabrın 18-də terrorçular Pakistanın şimal-qərbində terrorla mübarizə mərkəzini ələ keçirib. Yaraqlılar girovların azad edilməsi müqabilində Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan bölgəsinə maneəsiz daxil olmağı tələb ediblər. Hakimiyyət qruplaşmanın tələblərini yerinə yetirməkdən imtina edib.
Akif İsmayılov