Pakistanın Heybər-Pahtunhva vilayətində bir mədrəsədə baş verən partlayış nəticəsində 7 tələbə həlak olub, uşaqlar da daxil olmaqla 70 nəfər yaralanıb.
Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış vilayətin Pişəvər bölgəsindəki mədrəsədə bir mühazirə zamanı baş verib.
Vilayət komissarı Mansur Aman ilk yoxlama hesabatlarına görə, hadisədə kustar üsulla hazırlanmış 5 kiloqramlıq partlayıcıdan istifadə edildiyini bildirib.
Partlayış yerinə çox sayda təcili yardım və yanğınsöndürən cəlb edilib.
Hücumun məsuliyyətini hələ heç bir terror təşkilatı öz boynuna götürməyib.