Pakistanın paytaxtı İslamabadda Tarlay Kəlam məscidinin qarşısında güclü partlayış törədilib.
Milletinsesi.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış nəticəsində azı 11 nəfər həlak olub, 80 nəfər yaralanıb.
Yerli media cümə namazı zamanı edilmiş hücumun terrorçu-kamikadze tərəfindən törədildiyini yazır.
İnsidentdən sonra hadisə yerinə çox sayda hüquq mühafizə orqanları əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara təxliyə olunub.
Hücuma görə hələlik heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.


