Pakistanda sərnişin qatarında yanğın olub, 62 nəfər ölüb

Pakistanda Pəncab bölgəsində sərnişin qatarında baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Geo TV yerli polis orqanlarına istinadən informasiya yayıb.

Pakistanın Dəmir Yolları naziri Şeyx Rəşidin sözlərinə görə, həlak olanların əksəriyyəti yanğın zamanı qatardan tullanmaq istəyən sərnişinlər olub.

Xatırladaq ki, ötən gün Kəraçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edən qatarda partlayış baş verib. Partlayışa səbəb sərnişinlərdən birinin istifadə etdiyi qaz balonu olub.

 

Share: