Pakistanın baş naziri Şahbaz Şərif ölkəni Bəlucistan vilayətində daşqınlar nəticəsində zərərçəkənlərə yardımların çatdırılması prosesində iştirak edib.
Hökumət başçısının helikopterdə çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, iyunun 14-dən etibarən ölkə daxilində davam edən leysan yağışlarında həyatını itirənlərin sayı 1061-ə, yaralıların sayı isə 1575-ə çatıb.
Güclü yağışlar nəticəsində 992 871 evə ziyan dəyib, 727 144 təsərrüfat heyvanı tələf olub.