“Papa bu çağırışı ABŞ və Avropanı nüvə müharibəsindən qorumaq məqsədilə edib…”

“Papa bu çağırışı ABŞ və Avropanı nüvə müharibəsindən qorumaq məqsədilə edib…”

“Həddindən artıq informasiyalı din xadimi olan Frensiskin bu təklifinin arxasında elə adlarını çəkdiyimiz ölkələr durur…”    

 

“Roma papasının hərəkətlərinə qiymət vermək üçün hər şeydən əvvəl Vatikanın ideologiyasının mahiyyətini anlamalıyıq.  Vatikanın qarşısına qoyduğu əsas məqsəd: xristian birliyini yaratmaq və xristianların maraqlarını qorumaqdır. Səlib yürüşlərini yadınıza salın. Papalar dəyişsə də, ideologiyaları olduğu kimi qalır.  Vatikan bütün məsələlərə bu mövqedən yanaşır. Antisemitizminin başında da Vatikan durmuşdu. Yadınıza Vatikanın  faşistlərlə əməkdaşlığını salın. Baxmayaraq ki, ermənilərin dinini küfr sayırlar, yenə də onları müdafiə edirlər. Bu səbəbdən İsrailə qarşı getməklə Fələstin xristianlarını qoruyurlar”.

 

Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli Roma papası Frensiskin Ukraynanı “ağ bayraq” qaldırmağa və demək olar ki, işğalçı Rusiya qarşısında təslim olmağa səsləyən son çağırışını dəyərləndirərkən ifadə edib.

 

“Bir sözlə, anlamalıyıq ki, Vatikanın hər addımı xristian dövlətlərinin marağı və birliyi ilə bağlıdır.

Və Ukraynaya “ağ bayraq” qaldırmağı təklif edən  Roma papası Frensiskin bu hərəkəti hər şeydən əvvəl katolik xristian ölkələrinin marağının qorunması məqsədini güdür. Ukraynada isə əsasən pravoslavlar  qırılır”,- deyə davamında həmsöhbətimiz bildirib.

 

Tahir Cəfərli iddia edir ki, guya Roma papası Ukraynaya danışıqlar masasına əyləşmək çağırışını III Dünya savaşı təhlükəsini sovuşdurmaq məqsədi ilə edir.

 

“Əslində Ukraynada qırğınlar 2014-cü ildən başlayır. Ölkədəki hakimiyyət çevrilişindən sonra Şərqi Ukrayna xalqına qarşı hərbi əməliyyatlar, Odessa hadisələri bütün bunlar axırda rus ayısının oyanmasına və onun meşəsində ağalıq etməsinə səbəb oldu. Rusiya bu saat Ukraynada faktiki 30-a yaxın NATO ölkəsinə qarşı müharibə aparır.  Və ABŞ-nin və AB-nin sanksiyalarına baxmayaraq, hərbi cəhətdən Rusiya daha da güclənir… 

 

Qərbin Ukraynadan başlayan Rusiyaya qarşı mübarizəsi bəşəriyyəti nüvə müharibəsi təhlükəsi qarşısında qoymuşdur. İstəsək də, istəməsək də hadisələr 3-cü Dünya müharibəsi həddinə çatmaqdadır. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev də artıq 3-cü Dünya müharibəsinin getdiyini söylədi. Liderimizin sözlərində acı həqiqətlər var… 

 

Roma papası Frensisk də dünyadakı geo-siyasi vəziyyət haqqında həddindən artıq informasiyalı din xadimi olduğundan və nüvə müharibəsi başlanacağı halda ABŞ-ni və Avropanı nə gözlədiyini yaxşı bildiyindən Ukraynada gedən müharibəyə son qoymaqla, faktiki olaraq  bu ölkələri xilas etmək istəyir. 

Frensiskin bu təklifinin arxasında elə adlarını çəkdiyimiz ölkələr durur…”    

 

S.Laçın

 

Mənbə

Share: