Papa tarixdə ilk dəfə İraqa gedir

Katoliklərin dini lideri və Vatikan dövlət başçısı Papa Fransisk İraqı ziyarət edən ilk Papa olacaq.

NTV xəbər verir ki, Vatikan sozçüsü Matteo Bruni keçirdiyi mətbuat konfransında Papanın 5-8 martda baş tutacaq İraq səfərindən danışıb.

O, Papanın 2019-cu ilin noyabrında Tayland və Yaponiya ziyarətlərindən sonra koronavirusun yayılması ilə əlaqədar 2020-ci ildə səfərlərini təxirə saldığını xatırladıb.

“Pandemiya səbəbindən təxminən 16 aydır xaricə səfər edilmir. Bu, Papanın 33-cü xarici səfəri olacaq. Tarixdə ilk dəfə Papa İraqa gedir. Eyni zamanda, Papa ilk dəfə əhalisinin çoxu şiələrdən ibarət olan bir ölkəyə gedir”, – deyə sozçü bildirib.

O qeyd edib ki, səfər bölgədə yaşayan xristianlarla həmrəylik, dinlərarası görüş üçün fürsət məqsədi daşıyır.

Proqram çərçivəsində ilk səfər Bağdada, martın 6-da Nəcəf və Ura, martın 7-də Ərbil şəhərlərinə olacaq. Mosul və Qaraquşa səfərdən sonra, martın 8-də Papa Vatikana qayıdacaq.

Share: