Papanın məktubu, Fransa arxivi: soyqırımı kim törədib?

Əsasən kilsənin siyasətidir. Kilsə hər il “soyqırım” məsələsini gündəmə gətirir və əhali arasında külli miqdarda pul toplayır. Forumlar keçirirlər. Həmin forumlara pul göndərirlər. Həmin pullar kilsənin hesabında qalır. Ermənilər guya topladıqları pullarla konqresmenləri, senatorları almaq üçün lobbiçiliyə xidmət göstərirlər.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Şərq”ə müsahibəsində deyib.

O bildirib ki, Amerikada bir neçə erməni ilə görüşüb, prosesi izləyib:

“Onlar özləri də deyir ki, erməni xalqını bir ideya altında saxlaya bilmirlər. “Böyük Ermənistan” ideyasına ermənilərin çoxu inanmır. Belə bir tarixi dövlətin mövcudluğunu düşünmürlər. Digər variant kimi erməniləri birləşdirmək üçün qondarma soyqrımı fikrini irəli sürürlər. Həmin dövrün sənədlərini, Britaniya, Osmanlı, Rusiya arxivlərini araşdırmışam. Hətta Britaniya Baş Prokurorluğunun sənədlərini ölkəmizə gətirdim. Malta məhkəməsində sözügedən “soyqrım” tədqiq edilib. Hadisənin baş vermədiyi isbatlanıb. Malta məhkəməsi Osmanlı dövründə hakimiyyətdəki insanları azadlığa buraxıb”.

Zaur Əliyev yaxın 3-5 il ərzində ermənilərin belə mifdən tamamilə əl çəkəcəklərini vurğulayıb:

“Dünyanın bir çox ölkəsində sənədlər üzə çıxır. Ermənilərin uydurması ifşa olunur. 3 il əvvəl Vatikandan əldə etdiyim sənəd mövcuddur. Həmin ərazilərdə olan yepiskopun, Vatikan Papasının yazdığı məktub var. Ermənilərə qarşı “soyqrımı” əslində özləri həyata keçirib.

Fransa arxivindən şəkil kolleksiyası almışam. Həmin lenti fransız jurnalist çəkib. Terrorçu Daşnaksütyunun üzvləri türk əsgəri paltarı geyinib. Ermənilər özləri köçürülən həmvətənlərinin qızıllarına yiyələnməkdən ötrü 50 mindən çox erməni öldürüblər”.

Share: