Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, texniki qiymətləndirmə ilə bağlı Aİ missiyasının nümayəndə heyətinə Marçin Vidr başçılıq edib.
Tərəflər hazırkı missiyanın fəaliyyətini müzakirə ediblər. Gələcək əməkdaşlıq və yeni müşahidəçilərlə bağlı fikir mübadiləsi aparılıb.