Ermənistan Müdafiə Nazirliyində kollegiya iclası keçirilib.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, iclasa müdafiə naziri Suren Papikyan sədrlik edib.
Bildirilib ki, o, orduda mövcud problemlər və onların həlli yolları barədə danışıb.
Qeyd olunub ki, nazir eləcə də qarşıdan gələn hərbçilərin attestasiyası mövzusuna və digər məsələlərə toxunub.