Milli Məclis “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin İcrası haqqında” Qanun layihəsini qəbul edilib.
Milletinsesi.az xəbər verir ki, qanun layihəsi səsə qoyularkən millət vəkili Qüdrət Həsənquliyev ona çıxış üçün söz verilməsini istəyib.
Spiker Sahibə Qafarova Qüdrət Həsənquliyevə təklif edib ki, mövqeyini səsvermədə ifadə etsin:
“Artıq müzakirlər başa çatıb, qanun səsverməyə çıxarılır”.
Xatırladaq ki, Q.Həsənquliyev Maliyyə naziri Samir Şərifovun tənqidi fikirlərinə cavab vermək niyyəti ilə söz istəyib.