Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 2022-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların ilkin siyahısını dərc edib. Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış 59 partiyadan 37-si illik maliyyə hesabatını təqdim edib.
MSK-dan Modern.az-a verilən məlumata görə, Milli Məclisdə təmsil olunan siyasi partiyaların demək olar ki, hamısı ötən il üzrə hesabatını verib.
Həmin partiyalar aşağıdakılardır:
Yeni Azərbaycan Partiyası (YAP)
Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)
Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP)
Ana Vətən Partiyası (AVP)
Böyük Quruluş Partiyası (BQP)
Vəhdət Partiyası (VP)
Vətəndaş Birliyi Partiyası (VBP)
Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)
Real Partiyası
Milli Cəbhə Partiyası
Qeyd edək ki, siyasi partiyalar qanunvericiliyə uyğun olaraq, yanvarın 1-dən aprelin 1-dək MSK-ya hesabat verməlidirlər.