Parlament seçkiləri ilə bağlı akkreditasiyadan keçən müşahidəçilərin sayı açıqlanıb

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 61813 yerli müşahidəçi akkreditasiyadan keçib.

Milletinsesi.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK-nın bu gün keçirilən iclasında M.Pənahov bildirib ki, onlardan 57939 müşahidəçi dairə seçki komissiyalarında, 3874 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib.

Bundan başqa, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 694 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

M.Pənahov bildirib ki, beynəlxalq müşahidəçilərin sayı kifayət qədərdir.

Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçkilər 9 fevral tarixində keçiriləcək.

Share: