Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yer alan məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 2 nəfərin deputatlığa namizədliyini ləğv edib.
Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir.
Xatırladaq ki, fevralın 5-də MSK 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun, fevralın 7-də 86 saylı İsmayıllı Dairə Seçki Komissyasının Məzahir Şahvələdovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarlarını ləğv edib.