Bu gün ölkədə lombardlarla bağlı şikayətlər var. Nəzarətsiz olan lombardların fəaliyyəti var, onların varlığı kimin üçün sərfəlidir?
Millətin Səsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
“Bunun əhali üçün heç bir xeyri yoxdur. Əksər lombardlar mövcud fəaliyyətlərini vergidən yayındırmaqla, işçilərini rəsmi qeydiyyata almamaqla daha çox sələmçilik fəaliyyəti göstərirlər. Bunun da iqtisadiyyatımıza heç bir xeyri yoxdur.. Bəs nə etmək lazımdır? Mərkəzi Bank problemin həllini necə görür? Bu problemləri həll etmək lazımdır ki, qanunsuzluqlar olmasın”, – deyə o bildirb.