Partiyalarla bağlı 250-yə yaxın təklif gəlib

Azərbaycan Avropaya inteqrasiya edir. Bu qanun Azərbaycanda mövcud olan siyasi sistemin ciddi məqamları nəzərə alınaraq hazırlanıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsində vitse-spiker Fəzail İbrahimli bildirib.

“Qanun layihəsinin hazırlanmasında ölkədə olan siyasi partiyalardan gələn təkliflər də mühüm rol oynayıb. 47 siyasi partiyadan 250-yə qədər təklif gəlib. Biz bu təklifləri qruplaşdırıb, təhlil etmişik. Bildiyiniz kimi, bu iclas bir ay əvvəl baş tutmalı idi, amma təkliflərə görə, bu günə qədər yubanıb. Artıq bu dinləmə vasitəsilə qanun ictimai müzakirəyə təqdim olunur”, – deyə vitse-spiker vurğulayıb.

Mənbə

Share: