Paşinyan Almaniyaya gedir

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya səfər edəcək.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətindən bildirilib.

 

Bildirilib ki, səfərin məqsədi Münhen Təhlükəsizlik Konfransında ştirak etməkdir. Konfrans 17-19 fevral tarixlərində gerçəkləşdiriləcək.

 

Həmçinin Paşinyanın Almaniyada bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.

Mənbə

Share: