
İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl paraflaya bilər.
Milletinsesi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bəli, belə bir fikir də var. Belə bir fikir müzakirə üçün masadadır”, – o bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq yolunda heç bir fürsəti əldən vermir.