Ermənistanın baş naziri Nikol Paşinyan Astanada MDB liderlərinin sammitində çıxış edərkən 13 sentyabr tarixli sərhəd döyüşlərindən danışıb.
Modern.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, erməni tərəfinin döyüşlərdə verdiyi qurbanların və itkinlərinin sayı 210 nəfəri keçib.
Paşinyan 293 hərbçi və 8 mülki şəxsin yaralandığını bildirib.
“İtkin düşən hərbçilərin sayı 28 nəfərdir”.
Paşinyan deyib ki, Birinci və İkinci Qarabağ müharibələrindən sonra Ermənistan tərəfdən də itkin düşənlər olub.
“Birinci müharibədə 777 nəfər, ikinci müharibədə isə 217 nəfər itkin düşüb ki, onlardan 196-sı hərbi qulluqçu, 21-i mülki şəxsdir”.