Paşinyan İrəvana gələn ABŞ konqresmenlərinə şikayətləndi

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Devid Praysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər Qarabağ münaqişəsini və regional prosesləri müzakirə ediblər. Baş nazir nümayəndə heyətinin Ermənistana səfərini alqışlayıb və ölkədə demokratik islahatların ardıcıl həyata keçirilməsində Ermənistan-Amerika əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

 

“Ermənistan vətəndaşları birmənalı olaraq demokratiya yolunu seçiblər və Ermənistan hökuməti demokratik islahatların zəngin gündəmini qətiyyətlə davam etdirəcək. Son zamanlar intensiv erməni-amerikan təmasları, strateji dialoqlar və yüksək səviyyəli qarşılıqlı səfərlər Ermənistanın davamlı inkişafına mühüm töhfə verib”, – Paşinyan bildirib.

 

Öz növbəsində Prays müxtəlif sahələrdə əlaqələrin inkişafı və möhkəmləndirilməsi naminə sıx erməni-amerikan əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Paşinyan konqresmenlərə Azərbaycandan da şikayətlənib, sərhəddə baş verən sentyabr döyüşlərindən danışıb. O, ABŞ-dan adekvat reaksiya gözlədiyini bildirib. Eyni zamanda, Qarabağ ermənilərinin  hüquqlarının qorunmasının vacibliyini qeyd edib.

Konqresmen Prays Azərbaycan əleyhinə fikirlər səsləndirib.

Mənbə

Share: