Paşinyan Praqa və Soçi görüşünü deputatlarla müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə görüşüb.


Moderm.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a “Mülki müqavilə” fraksiyasının deputatı Sarqis Xandanyan bildirib.

 

Görüşdə əsasən xarici siyasət məsələlərini müzakirə edilib.


Deputatın sözlərinə görə, iclas iştirakçıları oktyabr ayında ən yüksək səviyyədə keçirilən görüşlərin nəticələrini nəzərdən keçiriblər. Söhbət həm Praqadakı dördtərəfli görüşdən, həm də Soçidəki üçtərəfli görüşdən gedir.


Deputat əlavə edib ki, “Mülki müqavilə” fraksiyası bir aydan artıqdır ki, Ermənistan hökumətinin başçısı ilə görüşmürdü.


Xatırladaq ki, oktyabrın 6-da Praqada keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının rəhbəri Şarl Mişel iştirak ediblər.

Oktyabrın 31-də Soçidə Ermənistan, Rusiya və Azərbaycan liderləri – Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyevin iştirakı ilə üçtərəfli formatda danışıqlar aparılıb.

Mənbə

Share: