
Dünən – martin 19-u səhər tezdən Tavuş vilayətinə bəzi kəndlərdə hazırlanan etiraz akisyalarının, o cümlədən yolların bağlanmasının qarşısını almaq üçün iki polis avtobusu göndərilib…
Paşinyan qısa müddətdə Tavuş vilayətinin ərazilərinin Azərbaycana verilməsi prosesini həyata keçirəcək.
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
“ “Vətəndaş sazişi” partiyasından olan bir çox deputatların fikrincə, Nikol Paşinyan çox güman ki, Tavuş vilayətinin ərazilərinin Azərbaycana ən qısa zamanda verilməsi prosesini həyata keçirəcək. Onlar bunu Paşinyanın “yaxın dairəsi”ndən alınan məlumatlardan başa düşüblər.
İki ay əvvəl Təhlükəsizlik Şurasının iclaslarının birində Paşinyan yaxın vaxtlarda dörd kəndi Azərbaycana verəcəklərini “anladıb”. İştirak edənlərin çoxu bütün bunlardan sonra baş nazirin əvvəllər təslim edilmiş əraziləri həzm etmədən belə bir yükü çiyninə götürmək qərarına gəldiyinə belə inanmayıb.
Paşinyanın dünənki “TikTok”-dakı davranışından və çıxışından sonra məlum oldu ki, kəndlilərə fikirləşib sizə cavab verəcəyim vədi daha bir yalandır. “TikTok” platformasında o, artıq təhdid etdi ki, verməsək, müharibə olacaq”- deyə erməni nəşri bildirir.
Erməni qəzetinin yaydığı məlumata görə, dünən – martin 19-u səhər tezdən Tavuş vilayətinə bəzi kəndlərdə hazırlanan etiraz akisyalarının, o cümlədən yolların bağlanmasının qarşısını almaq üçün iki polis avtobusu göndərilib.
S.Laçın