Paşinyan Rəisiyə başsağlığı verib

Ermənistanın baş naziri Nikol Paşinyan Şirazda baş vermiş terror aktı ilə əlaqədar İran prezidenti İbrahim Rəisiyə başsağlığı verib.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Şirazdakı Şahçeraq məbədində onlarla vətəndaşın ölümünə səbəb olan terror aktı barədə məlumatı ağrı ilə aldım”, – deyə Paşinyan vurğulayıb.

Ötən gecə İranın cənubunda yerləşən Şiraz şəhərində 3 naməlum şəxsin “Şahçırax” məbədinin ərazisini atəşə tutduğu bildirilir. Terror aktı nəticəsində 15 nəfər ölüb, daha 45 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti artıq İŞİD terror təşkilatı üzərinə götürüb. İran prezidenti İbrahim Rəisi bildirib ki, “bu terror cavabsız qalmayacaq”.

Mənbə

Share: