Paşinyan separatçılarla danışıqları dayandırdı – Ermənilər təşvişdə

Paşinyan separatçılarla danışıqları dayandırdı – Ermənilər təşvişdə

Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndidəki separatçı rejimin nümayəndələri ilə görüşdən imtina edir.

 

Moderator.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti yazır.

 

Nəşr Ermənistan baş nazirinin Xankəndidən gələn telefon zənglərini də cavabsız qoyduğunu bildirir:

 

“Keçən həftə Xankəndidə başlayan etiraz aksiyalarından sonra orada yaşayan ermənilər tələb edirlər ki, Ermənistan rəhbərliyi qəfil sülh müqaviləsi imzalamaq qərarına gəlsə, onların taleyinin necə olacağına bəri başdan aydınlıq gətirsin. Bundan sonra məsələnin aydınlaşdırılması üçün Xankəndidən İrəvana nümayəndə heyəti gəldi. Amma nümayəndə heyətini İrəvanda qarşılayan olmadı.

 

Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gündür ki, Xankəndidən gələn nümayəndələrlə görüşməkdən qəti şəkildə imtina edir, onların telefon zənglərinə belə cavab vermir.

 

Paşinyan təkcə dünən Araik Arutyunyanı qəbul edib. Paşinyan aşkar şəkildə görüşdən boyun qaçırır, görünür, onlardan nəyisə gizlədir”.

 

Mənbə

Share: