Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan baş nazirinin mətbuat xidməti yayıb.
Paşinyan Təhlükəsizlik Şurasında çıxışı zamanı Tovuz təxribatını İrəvan üçün “qələbə” adlandırıb. Qarabağ konfliktinin hərbi həllinin olmadığını deyən Nikol guya iyul hadisələrinin bunu sübut etdiyini bildirib.
Paşinyan çıxışı zamanı Türkiyənin bölgədəki siyasətinin aktivləşməsindən təşvişə düşdüyünü də gizlədə bilməyib. O, Təhlükəsizlik Şurasında Ermənistanın Türkiyəyə qarşı fəaliyyəti məsələlərinin müzakirə ediləcəyini söyləyib.
Ən maraqlı məqam odur ki, Paşinyan Təhlükəsizlik Şurasının iclasını yeni rusiyayönlü baş müşavirinin təyinatından dərhal sonra keçirib.