Paşinyan: Ukraynaya görə manevr imkanlarımız daralır

“Ukrayna hadisələri fonunda Ermənistanın manevr meydanı getdikcə daralır”.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən illik “Erməni Demokratiya Forumu”nda deyib.

 

Paşinyan qeyd edib ki, Ermənistan beynəlxalq platformalarda keçirilən müxtəlif səsvermələr də daxil olmaqla, müəyyən dərəcədə balanslı mövqe tutmağa çalışıb: “Əvvəl bu mövqe bütün tərəfdaşlar tərəfindən məmnuniyyətlə qarşılandı, lakin indi hər şey dəyişir”.

 

Demokratiya və KTMT müttəfiqləri ilə münasibətlər kontekstində Paşinyan təşkilatın sentyabr hadisələrinə münasibətini xatırladıb və bunu “sıfır” adlandırıb: “Sonra da məlum oldu ki, Ermənistanda bəzi yüksək rütbəli hərbçilər bunun qarşısını almaq üçün heç bir tədbir görməyiblər”.

 

“Əgər hərəkətlərimiz xətti şəkildə olsaydı, o zaman 2021-ci ildə biz təkcə demokratiyanı deyil, dövləti də itirərdik. Bunda heç bir şişirtmə yoxdur”, – o əlavə edib.

Mənbə

Share: