
Ermənistanda səfərdə olan Gürcüstan baş naziri İrakli Qaribaşvili və Ermənistanın hökumət başçısı Nikol Paşinyan görüşüblər.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, Nikol Paşinyan sosial şəbəkə hesablarında bununla bağlı görüntülər paylaşıb.
***
15:12
Gürcüstanın baş naziri İrakli Qaribaşvilini daşıyan təyyarə Ermənistanın paytaxtına eniş edib.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, İrəvan aeroportunda Qaribaşvilini rəsmi şəxslər qarşılayıb.
Səfər çərçivəsində Gürcüstan baş nazirinin ermənistanlı həmkarı Nikol Paşinyanla görüş keçirməsi nəzərdə tutulub.
Həmçinin bildirilib ki, o, iqtisadi əməkdaşlıqla bağlı birgə hökumətlərarası komissiyanın toplantısına qatılacaq.
