
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın “oğurlanması” işi üzrə həbs edilən Qayan Akopyanla bağlı həbs-qətimkan tədbiri dəyişdirilib.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə vəkil Georgi Melikyan sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi bu gün təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirini dəyişib.
“İndi o, ev dustaqlığındadır”, – deyə vəkil əlavə edib.