Paşinyanın partiyası müxalifətin Azərbaycan əleyhinə bəyanatına “YOX” dedi

Paşinyanın partiyası müxalifətin Azərbaycan əleyhinə bəyanatına “YOX” dedi

Ermənistan parlamentində hakim “Mülki Müqavilə” partiyasının fraksiyası Qarabağla bağlı müxalifətin hazırladığı bəyanat layihəsinə növbəti dəfə səs verməyib.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, nəticədə Azərbaycanın tənqid edildiyi sənəd gündəliyə daxil edilməyib.

 

Qeyd edək ki, Paşinyanın partiyası bundan əvvəl də oxşar addım atmışdı və bu, müxalifətin tənqidlərinə səbəb olmuşdu.

Mənbə

Share: