Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın sülhməramlılarla bağlı təklifini şərh edib.
Modern.az “Sputnik”ə istinadən xəbər verir ki, o, təklifdən xəbərdar olduqlarını açıqlayıb.
“Moskva Nikol Paşinyanın regiona BMT mandatı olan sülhməramlıların gətirilməsi barədə təklifindən xəbərdardır. Amma bunun üçün bütün tərəflərin razılığı lazımdır. Moskva və İrəvan müxtəlif səviyyələrdə danışıqlar aparır”, – deyə Kremlin mətbuat katibi söyləyib.