Bakının Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
“Azərsu” ASC-dən Milletinsesi.az-a bildirilib ki, paytaxtın Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədar sentyabrın 25-də gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr olacaq.