Paytaxtın bu küçələrində rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın 28 May və Aleksandr Puşkin küçələrində mayın 11-i saat 22:00-dan mayın 12-si səhər saatlarına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Milletinsesi.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən sözügedən küçələrdə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Share: