“Bakıya gəlməyə o qədər gecikmişəm ki… Daha öncə gəlməliydim. Mənə olan sevgini görüb, ağladım”.
Axşam.az xəbər verir ki, bu sözləri “Cennet mahallesi” serialındakı Pembe obrazı ilə Azərbaycanda məşhurlaşan türkiyəli aktrisa Melek Baykal deyib.
Bir müddət öncə AzTV-də yayımlanan “Məlahətli söhbətlər” verilişində qonaq olan aktrisa Bakıda Fəxri Xiyaban və Şəhidlər Xiyabanını gəzib. O, ziyarət zamanı göz yaşlarını saxlaya bilməyib.
Sənətçi fikirlərini belə ifadə edib:
“Bakıda sənətə və mədəniyyətə çox önəm verirlər. Həmişə belə olsun. Bakıda o qədər özəl yerləri gəzdim ki, təsirlənməmək mümkün deyil. Göz yaşlarımı tuta bilmədim”.