Pepe finalı buraxacaq

Portuqaliya millisi ciddi itki ilə üzləşib.

Qol.az “A Bola”ya istinadən xəbər verir ki, Millətlər Liqasının yarımfinalında İsveçrə ilə görüşdə zədələnən Pepenin durumu ciddidir. Komandanın aparıcı üzvlərindən olan 36 yaşlı müdafiəçinin  final matçında iştirak etməyəcəyi bildirilir.

Qeyd edək ki, Portuqaliya iyunun 9-da keçiriləcək həlledici görüşdə Hollandiya – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.

Share: