Peruda siyasi gərginlik və iğtişaşlar davam edir.
Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ölkənin paytaxtı Lima şəhərində aksiyalar keçirilir.
Məlumata görə, etirazlar zamanı azı 2 nümayişçi həyatını itirib, 4 aksiyaçı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Narazı sakinlərin əsas tələbi ölkədə yeni seçkilərin keçirilməsi olub.
Qeyd edək ki, Perunun sabiq prezidenti Pedro Kastillo həbs edildikdən sonra parlament Dina Boluarteni ölkə başçısı seçib. Etirazçılar isə Kastillonun həbsindən sonra yeni seçkilərin keçirilməsini istəyirlər.