Peşə məktəbinin həyətində tələbənin meyiti tapıldı

Peşə məktəbinin həyətində tələbənin meyiti tapıldı

Gəncədə yeniyetmənin meyiti tapılıb.

Millətin Səsi.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərdə yerləşən peşə məktəblərinin birinin həyətində qeydə alınıb. Bu gün səhər saatlarında peşə məktəbinin həyətində 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti aşkarlanıb. Onun peşə məktəbinin tələbəsi olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 18 yaşlı gənc ürək tutmasından vəfat edib.

  • Faktla bağlı araşdırma aparılır.
Share: