Peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsi üzrə 581 nəfər müraciət edib.
Modern.az xəbər verir ki bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Qurum rəsmisi bildirib ki, 323 nəfər test imatahanı mərhələsindən keçib. Hazırda 22 direktor və 28 direktor müavini vakant yeri var:
“İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu prosesində ixtisas fənn müəllimi üçün 79, istehsalat təlimi ustaları üçün isə 211 vakant yer var. Ümumi müraciətçi sayı 1328 nəfərdir. Test imtahanı mərhələsindən keçənlərin sayı 765 nəfər təşkil edir”.