Peskov general Lapinin təyinatından danışdı

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov general-polkovnik Aleksey Lapinin Quru Qoşunları Baş Qərargahının rəisi təyin olunmasına münasibət bildirib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Peskov faktı nə təsdiq, nə də təkzib edə biləcəyini bildirib.

 

“Lapinin təyinatı ilə bağlı prezident Vladimir Putinin imzaladığı hansısa qərara açıq mənbələrdə rast gəlinməyib. Amma prezidentin “məxfi” qrifi ilə qərarlarının ola biləcəyini də xatırladıram”, – deyə Kremlin mətbuat xidmətinin rəhbəri söyləyib.

 

Qeyd edək ki, sözügedən təyinatla bağlı RBK Rusiya MN-dəki mənbələrinə istinadla məlumat yaymışdı.

Mənbə

Share: