Peskov “Krokus” terrorunda şübhəlilərin bədənindəki işgəncə izləri ilə bağlı suala cavab vermədi…

Peskov “Krokus” terrorunda şübhəlilərin bədənindəki işgəncə izləri ilə bağlı suala cavab vermədi…

Xəbər verildiyi kimi,  martın 24-də Moskva məhkəməsi “Crocus City Hall”-da terror aktında şübhəli bilinən dörd nəfəri iki ay müddətinə həbs edib.

 

Məhkəmə zalından görüntülərdə şübhəlilərin işgəncələrə məruz qaldığı açıq-aşkat görünür. Xüsusən də, birinin boynunda bağlama parçaları asılmış, digərinin qulağı sarğılıdır. Digər şübhəli isə xərəkdə və kateterlə məhkəmə zalına aparılıb.

 

Moderator.az xəbər verir ki, bunu “Meduza” nəşri yazır.

 

Bundan əvvəl telegram-kanallarında təhlükəsizlik qüvvələrinin terrorçuluq ittihamı ilə həbs edilən məhbuslara işgəncə verdiyini əks etdirən foto və videolar yayılıb. Onlardan birinin qulağının bir hissəsi kəsilib və onu yeməyə məcbur edib, digərinə elektrik cərəyanı ilə işgəncə verilib. Həmçinin başqa bir məhbusun gözünün çıxarıldığı bildirilir

 

Martın 25-də CNN jurnalisti Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan işgəncə izləri ilə bağlı şərh verməsini istəyib. Peskov “bu sualı cavabsız qoyacağını” bildirib.

 

S.Laçın

Mənbə

Share: