Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun türk dilində müsahibəsinin videosu sosial şəbəkələrdə maraqla qarşılanıb.
Milletinsesi.az xəbər verir ki, Peskov türk müxbirin türk dilində ünvanladığı sualı elə tər-təmiz türkcə ilə də cavablandırıb.
Qeyd edək ki, Peskov 1990-1994 illərdə Rusiyanın Türkiyədəki səfirliyində attaşe, 1996-2000-ci illər ərzində isə birinci katib vəzifəsində çalışıb.