Daxili İşlər Nazirliyi (DİN) vaksinasiya olunmayan şəxslərin cərimələnməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Millətin Səsi.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkədə yayılan məlumatların əsassız olduğunu bildirib:
“Vaksinasiya vətəndaşlara könüllü şəkildə vurulur. İnzibati Xətalar Məcəlləsində vaksinasiya olunmayan şəxslərin cərimə edilməsi ilə bağlı hüquqi norma yoxdur”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatda vaksinasiya olunmayan şəxslərin 40 manat miqdarında cərimə olunması ilə bağlı məlumatlar yayılıb.